8 noyabr 2011 01:26

Kamran Ağayev: Niyə elə hesab edirlər ki, mən qəsdən oynamamışam?

Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev Premyer Liqanın 12-ci turunun “Neftçi” ilə oyununda iştirak etməməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 0:5 hesabıyla uduzduqları görüşdən sonra bunları dilə gətirib.

“Öncədən onu deyim ki, həqiqətən zədəliydim. “Neftçi”ylə oyuna qədər ayağımda ağrı hiss edirdim. Buna görə də komandama kömək edə bilmədim. Mən həmişə öz komandama kömək etməyə hazıram. Amma əgər ayağımda zədə varsa, belə oyunda necə forma geyə bilərəm? Bir neçə il öncə də məndə belə problem var idi. Onda da meydana çıxa bilməmişdim. Amma heç kim heç nə deməmişdi. Bilmirən niyə elə hesab edirlər ki, mən qəsdən oynamamışam. Mənim həqiqətən ayağım ağrıyır. Albaniya ilə yoldaşlıq matçında da çıxışım sual altındadı. Böyük ehtimalla o oyunda da meydana çıxa bilməyəcəm”.

Xatırladaq ki, Azərbaycan yığması ilə Albaniya arasındakı yoldaşlıq oyunu noyabrın 11-də Tiranada keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.