8 noyabr 2011 01:30
Antonio Semedo: Belə böyük hesabla uduzmalı deyildik
“Xəzər Lənkəran”ın hücumçusu Antonio Semedo Premyer Liqanın 12-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 5 cavabsız qolla uduzduqları görüşlə bağlı bunları dilə gətirib:
“Biz bu görüşdə məğlubiyyətə layiq oyun sərgiləmədik. Komandamız o dərəcədə də pis təsir bağışlamırdı. Təəssüf ki, belə oyunda bu hesabla məğlub olduq. Belə böyük hesabla uduzmalı deyildik. Bizim əlimizə qol vəziyyəti düşəndə, onları dəyərləndirmək lazım idi”.