8 noyabr 2011 01:55
Vaqif Cavadov: Bu, bizim üçün çox vacib idi
Rusiya mətbuatı Azərbaycan milli komandasından bir illiyə kənarlaşdırılan Vaqif Cavadovun “Volqa”nın heyətindəki son oyununu qiymətləndirib. Azerisport.az xəbər verir ki, həmyerlimiz Rusiya Premyer Liqasının 30-cu turu çərçivəsində “Rubin”lə ev oyununda 69 dəqiqə meydanda olmuşdu.
Məhz onun meydanda olduğu vaxtda vurulan yeganə qol sayəsində komandası qələbə qazanmışdı. Cavadovun bu oyundakı çıxışı 5,5 balla qiymətləndirib.
Yeri gəlmişkən, matçdan sonra Vaqif fikirlərini dilə gətirib. O, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib: “Asan olmayan rəqibə qalib gəldiyimiz üçün şadam. “Rubin” liderlər qrupunda yer alıb. Komandamız 3 xal uğrunda vuruşurdu və qələbə qazandı. Hansı ki, bu 3 xal bizim üçün çox vacib idi. Hesab edirəm ki, qələbəyə tam layiq idik. Meydançanın durumuna gəlincə, heç də yaxşı deyildi. Ancaq şərtlər hamı üçün eynidi”.
