8 noyabr 2011 14:07
Kamran Ağayev millidən kənarlaşdırıldı
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Albaniya oyunda iştirak etməyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, o, zədələndiyi üçün millinin noyabrın 11-də Albaniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununda, həmçinin noyabrın 12-dən 16-dək Almaniyada təşkil olunacaq təlim-məşq toplanışında iştirak edə bilməyəcək. Kamran Ağayev bu gün Albaniyadan Bakıya qayıdacaq.
Qeyd edək ki, o, Premyer Liqanın 12-ci turunun “Neftçi” – “Xəzər Lənkəran” oyununda da iştirak etməmişdi.
