8 noyabr 2011 14:14
Yığmamızın Almaniya ilə oyun üçün heyəti açıqlandı
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, U-17 noyabrın 10-dan 15-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Komandamız hazırlıq prosesi çərçivəsində noyabrın 12-də və 15-də “Dalğa Arena”da almaniyalı həmyaşıdları ilə yoldaşlıq oyunu da keçirəcək.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qurbanəli Əliyev – «İnter»
Nurlan Əhmədov – «Qarabağ»
Kənan Manafov – «Neftçi»
Sadiq Quliyev – «Qəbələ»
Əyyub Əliyev – «Neftçi»
Coşqun Diniyev – «İnter»
Şirməhəmməd Məmmədov – «Qəbələ»
Elvin Camalov – «Qəbələ»
Adil Nağıyev – «İnter»
Kamran Abdullazadə – «Xəzər Lənkəran»
David Qarayev – «FK Stolitsa» (Moskva, Rusiya)
Ruslan Abdullayev – «Torpedo» (Moskva, Rusiya)
Polad Mirzəzadə – «Bakı»
Orxan Əliyev – «Sumqayıt Şəhər»
Ruslan Nəsirli – «Sumqayıt Şəhər»
Şamil Camaləddinov – «Sumqayıt Şəhər»
Elvin Bədəlov – «Zenit» (Sankt-Peterburq, Rusiya)
Ramin Şirinov – «Qarabağ»
Vahid Zülqədr – klubsuz
Namiq Ələsgərov – «Bakı»
