8 noyabr 2011 16:45
Azərbaycan yığması üçün qisas imkanı
Gürcüstanda təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrın 9-da gürcüstanlı həmyaşıdları ilə növbəti yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Bu komandalar arasında noyabrın 6-da keçirilmiş yoldaşlıq oyunu 3:0 hesabı ilə Gürcüstan yığmasının xeyrinə yekunlaşmışdı.
