8 noyabr 2011 11:34

“Şotland hakimlər azərbaycanlıları çox üstələyirlər”

“Qəbələ”nin qapıçısı Qrem Smit müsahibəsində bölgə klubuna transferindən, Azərbaycan və Şotlandiya çempionatları arasındakı fərqdən, komandasından, ölkəmizdən danışıb. Azerisport.az britaniyalı qapıçının bəzi maraqlı fikirləri ilə sizi də tanış edir.
 
“Mən başa düşürdüm ki, Şotlandiyanı tərk etməklə Avropadakı böyük oyunlarsız qalmış olacam. Amma mənim keçdiyim klub da böyük ambisiyalara malikdi, avrokuboklara çıxmaq istəyir. “Qəbələ” ilə bir illik müqavilə bağlamışam. Əgər komandanın baş məşqçisi Toni Adams qalmağımı istəsə, müqavilənin müddəti bitəndə buna yenidən məmnuniyyətlə baxacam”.

O, Şotlandiya ilə müqayisədə hansı fərqlərin olmasından da danışıb: “Şotlandiyadan fərqlər təbii ki, var. Klubun öz oteli var. Futbolçuların çoxu məhz orda qalır. Orda yeyirik, yatırıq. Elə baş məşqçimizin də ofisi burda yerləşir. Bəzi şeylər var ki, onlara alışmaq mənə çətindi. Məsələn, burda fit çalmırlar. Azərbaycanlılar bildirirlər ki, küçədə ancaq axmaqlar fit çalar. Nə demək olar, mədəniyyətlər fərqlənir. Həmçinin onlarda o da qəribə görünür ki, mənim uşağım olsa da, hələ evlənməmişəm”.
 
Smit Azərbaycan paytaxtından və Qəbələdən də danışıb: “Şübhəsiz ki, Bakı çox gözəl şəhərdi. Amma Qəbələyə gedərkən, yolda hər şey dəyişir. Bəzi yollar... Onlara heç yol da demək olmaz. İnəklər, digər ev heyvanlarına bu yollarda tez-tez rast gəlmək olur. Məsələn, belə heyvanların səslərini adicə məşq prosesində də tez-tez eşitmək mümkündü. Bu, ağılsızlıqdı. Amma bu, mənim üçün yaxşı təcrübədi. Qəbələ böyük kəndə oxşayır. Amma azərbaycanlılar hər şeyin ən yaxşısını etməyə çalışırlar. Bilirsiz, Böyük Britaniyada bir aya edilən iş burda cəmi bir həftəyə başa çatır. Onlar buna görə pullarını itirməyə heyfslənmirlər. Məşq bazamız da çox yaxşıdı. Meydança çox əladı”.

Smit hərdən burda ona çətin olduğunu da etiraf edib: “Ən ağır olan hərdən bir neçə günlük istirahət vaxtında ailənin yanında olmamasıdı. Amma burda Adamsla yanaşı İngiltərədən başqa uşaqlar da var. Komandamızda Yamayka yığmasının hücumçusu Deon Barton çıxış edir. Hollandiyadan Stiv Olfersi də qeyd edə bilərəm. Ümumiyyətlə, “Qəbələ”nin futbolçularının hamısı qəhrəman statusu daşıyır”.
 
Britaniyalı qolkiper hakimlərimizi də yaddan çıxartmayıb: “Şotlandiyada insanlar hakimlərə görə çox şikayətlənirlər, təəssüflərini dilə gətirirlər. Amma Şotlandiya Premyer Liqasındakı hakimlər azərbaycanlıları çox üstələyirlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.