8 noyabr 2011 11:48
Fiorentina baş məşqçinin birini qovub, digərini gətirdi
İtaliyanın “Fiorentina” klubunun baş məşqçisi Sinişa Mihayloviç postundan qovulub. Azerisport.az xəbər verir ki, yeni mövsümə çox pis başlayan Florensiya təmsilçisinin rəhbərliyi bundan çıxış yolunu yalnız serb mütəxəssisi qovmaqda görüb.
Onun boşalan postuna dərhal yenisi təyin olunub. Belə ki, elə qısa zaman kəsiyində klub rəhbərliyi italiyalı təcrübəli mütəxəssis Delio Rossi ilə anlaşıb.
Qeyd edək ki, Mihayloviç “Fiorentina”ya “Catania”dan gəlmişdi. Rossi isə “Lazio”dan ayrıldıqdan sonra 2 il “Palermo”nu çalışdırmışdı.
Sonda “Fiorentina”nın geridə qalan 10 turda 12 xal toplamaqla 13-cü pillədə qərarlaşdığını da qeyd edək.
