7 noyabr 2011 12:22
Rəşad Abdullayev: Mən onu vurmaq istəmirdim
"Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev Premyer Liqanın 12-ci turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Bilirdik ki, bizi “Xəzər Lənkəran”la çox ağır oyun gözləyir. Məlum olduğu kimi, bu komandalar arasındakı oyunlar həmişə xüsusi ab-havada keçir. Biz oyuna pis başlamadıq və erkən qol vurduq. Düzünü deyim ki, matçın nəticəsinin belə olacağını gözləmirdim. Ümumiyyətlə, çətin ki, kimsə belə sonluq gözləyərdi. “Neftçi” çoxdan idi ki, “Xəzər Lənkəran”ı yenə bilmirdi. Amma nəhayət, buna nail olduq. Revanşın 5:0 olması isə çox xoşdu”.

Abdullayev həmçinin bu oyun zamanı rəqib futbolçu Şəhriyar Xəlilovla aralarında baş verən qalmaqala da münasibətini açıqlayıb: “Həmin epizodda Şəhriyar mənim ayağımı tapdaladı. Mən isə ixtiyarsız olaraq əlimi ona tərəf yellədim. Düzdü, mən aqressiv oynayıram. Amma futbolçunun meydanda əl qaldırmasını xoşlamıram. Heç özüm də elə hərəkətlərə yol vermirəm. O epizodda da mən həqiqətən ixtiyarsız olaraq əlimi onun tərəfə apardım. Onu vurmaq istəmirdim. Amma əlim sifətinə dəydi. Şəhriyat da əlim sifətinə dəyəndən sonra yerdə qaldı. Təkrarda da bu, görünür. Özü də yan xətt hakimi o anda yanımızda idi. Fikrimcə, o, qəsdən, hirslə nəsə etdiyimi görsəydi, baş hakimə deyərdi. Şəhriyar gənc futbolçudu. Görünür, mənim sarı və ya qırmızı vərəqə almağımı istəyirdi. Həmin epizoddan sonra dostcasına bir-birimizi qucaqladıq. Özünüz də gördünüz ki, ondan sonra oyunda heç bir insident olmadı”.