7 noyabr 2011 13:34
Yunis Hüseynov altı oyundan beşində yandı
Azərbaycan futbolunun veteranlarından olan Yunis Hüseynov Premyer Liqamızın 11-ci turunun oyunları ilə bağlı verdiyi proqnozlardan beşində yanılıb. Azerisport.az xəbər verir ki, o, sadəcə 1 görüşün nəticəsini öncədən düzgün proqnozlaşdırsa da, qalanlarının nəticəsini müəyyənləşdirə bilməyib.
Belə ki, Hüseynov “Turan” – “İnter” görüşündə qonaqların qalib gələcəyini öncədən dəqiq müəyyənləşdirib. Lakin onun “Kəpəz”in “Bakı”nı, “Rəvan”ın “Simurq”u, “Qarabağ”ın “Sumqayıt Şəhər”i, eləcə də AZAL – “Qəbələ” və “Neftçi” – “Xəzər Lənkəran” oyunlarında heç-heçə olacağına dair proqnozları düz çıxmayıb.
