7 noyabr 2011 15:44

XL böyük oyunun hakimlərindən şikayət edəcək

Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran” Premyer Liqanın 12-ci turunun “Neftçi” ilə oyununda Rəşad Abdullayevlə Şəhriyar Xəlilov arasında yaşanan epizodda rəqib futbolçunun cəzasız qalmasından narazı qalıb. Azerisport.az cənub klubunun həmin olayla bağlı yaydığı bəyanatı təqdim edir:
 
“Premyer Liqanın 12-ci turunda keçirilmiş "Neftçi" - "Xəzər Lənkəran" matçının 5-ci dəqiqəsində hakimin kobud səhvi ilə nəticələnən epizod baş verdi. Meydan sahiblərinin "27" nömrəli futbolçusu Rəşad Abdullayevlə "Xəzər Lənkəran"ın müdafiəçisi Şəhriyar Xəlilovun top uğrunda mübarizəsi zamanı "Neftçi" klubunun futbolçusu topu itirərək, heç bir səbəb olmadan gənc futbolçunun üzünə şillə endirdi. Bundan sonra hərəkətini ört-basdır etmək məqsədilə Abdullayev yerə uzanaraq ona qarşı kobudluq olduğunu nümayiş etdirdi.
 
Oyunun baş hakimi Elnur Muradov isə bu epizodda tamamilə yanlış qərar çıxararaq "Xəzər Lənkəran"ın qapısına doğru şübhəli cərimə zərbəsi təyin etdi, mübahisəsiz qırmızı vərəqə almalı olan Abdullayev isə ümumiyyətlə heç bir xəbərdarlıq belə almadı. Həmin cinahda olan yan hakimi də bu epizoda heç bir münasibət bildirmədi.
 
Təssüf ki, daim hakimlərin oyunu ədalətli şəkildə idarə etməsini istəsək də, bu cür kobud səhvlər əvvəllər olduğu kimi, yenə də təkrarlanmaqdadı. "Xəzər Lənkəran" Futbol Klubu bu epizodla bağlı müvafiq instansiyalara müraciət edəcək və intizamsızlıq nümayiş etdirən futbolçu və səriştəzilik nümayiş etdirən hakimlər briqadası barədə tədbirlər görünməsi üçün bütün vasitələrdən istifadə edəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.