7 noyabr 2011 17:53
Gürcüstan yığmamızı darmadağın etdi
15 yaşadək futbolçulardan ibarət yığmamız (U-15) yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Gürcüstanlı həmyaşıdları ilə qarşılaşan yığmamız 0:3 hesabı ilə məğlub olub.
