9 noyabr 2011 01:04
“Albaniya Azərbaycanı məğlub edəcək gücdədi”
Futbol üzrə Albaniya yığmasının müdafiəçisi Andi Lilya qarşıdan gələn Azərbaycan (11 noyabr) və Makedoniya (15 noyabr) ilə yoldaşlıq oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“İnanıram ki, Azərbaycan və Makedoniya yığmaları ilə görüşlər komandamıza kömək edəcək. Bu, gələn il başlayacaq DÇ-2014-ün seçmə mərhələsinə yaxşı hazırlaşmaq üçün əla imkandı. Bizim heyətimiz Azərbaycan və Makedoniyan yığmalarını məğlub etməyə qadirdi”.

Qeyd edək ki, Albaniya – Azərbaycan matçı Tiranadakı “Qemal Stafa” stadionunda keçiriləcək.