9 noyabr 2011 12:28

Aleksandr Şoliç: 2-3 turdan sonra liderlər arasında olacağıq

Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç azerisport.az saytına müsahibəsində komandasının çıxışından, Azərbaycan futbolundan danışıb.
 
- 12 turdan sonra “Bakı” 5-ci pillədə gedir. Bu, sizi qane edir?
- Turnir cədvəlində baxsaq, heç də hər şeyin pis olduğunu görmərik. Xüsusilə də, “Neftçi”nin “Xəzər Lənkəran” üzərindəki qələbəsindən sonra. Bir oyunda uduzan kimi aşağı düşürsən, qələbə qazananda üst pillələrə qalxırsan. Daha 2-3 turdan sonra biz liderlər arasında olacağıq.
 
- Sizin üçün ilk altılığa neçənci yerlə düşməyin fərqi var?
- Sonuncu olmağımızı istəməzdim. Çempionluq uğrunda mübarizə aparmaq istəyirik. Buna görə də mümkün qədər üst pillələrdə olmaq yaxşıdı. Amma o da mümkündü ki, altılığa bölünərkən liderlər altıncı yer arasında 3-4 xallıq fərq olsun. Onda sonuncu olmağımızın da ciddi önəmi olmaz.
 
- İlk dövrədə evdə “Kəpəz”ə 3 cavabsız qolla uduzduğunuzu nəzərə alsaq, son turda Gəncədə qazandığınız qələbə bir qədər gözlənilməz alındı...
- Biz revanşa köklənmişdik. Əsas odu ki, “yanmadıq”. Daha çox qol vura bilərdik. Bu qələbələrin davamını gətirmək lazımdı. Düzünü deyim ki, meydanın vəziyyəti çox pis idi. Hücum keyfiyyətlərini nümayiş etdirməyə imkan vermirdi. Bizim üçün əsas olan 3 xala sahib çıxmaq idi. Həm də ilk dövrədəki yenilgini unutdurmaq istəyirdik. O vaxt imkanlarımızdan çox aşağı səviyyədə çıxış etmişdik.
 
- “Kəpəz” həmin oyundan çox fərqlənirdi?
- “Kəpəz”ə hörmətim çoxdu. Amma xüsusi nəsə fərq yox idi. Birinci dövrədəki oyunda biz öz səhvlərimiz ucbatından uduzmuşduq. Onlar bizə 3 qolu heç nədən vurmuşdular.
 
- Amma liderlərlə oyunlarınız alınmır. Məsələn, “Qarabağ”la...
- Həmin oyunda da öz səhvlərimiz ucbatından uduzduq. Özümüz “Qarabağ” üçün qol vəziyyəti yaradırdıq. Rəqib özü yüz faizli qol vəziyyəti ələ edə bilmirdi. Sadəcə, evdə oynayırdılar, səhvlərimizdən yararlandılar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.