9 noyabr 2011 01:22
Sadıqov üçün Zenit, Cavadov üçün Amkar
Futbol üzrə Rusiya Premyer Liqasının ikinci hissəsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkatma nəticəsində həmyerlilərimizin çıxış etdiyi klubların da rəqibləri müəyyənləşib.
Belə ki, Azərbaycan yığmasından bir illiyə uzaqlaşdırılmış Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” isə öz meydanında “Amkar”ı qonaq edəcək. Millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun komandası - “Anji” isə çempionatın 31-ci turunda səfərdə “Zenit”lə üz-üzə gələcək.
Qeyd edək ki, 31-ci turun oyunları noyabrın 18-də baş tutacaq.
