9 noyabr 2011 13:32

Antonio Semedo: Neftçi ilə hələ daha iki oyunumuz var

“Xəzər Lənkəran”ın hücumçusu Antonio Semedo azerisport.az saytına müsahibəsində komandasının Premyer Liqanın 12-ci turunun “Neftçi” ilə oyunundan (0:5) danışıb.

- “Neftçi” ilə oyunda komandada nə baş vermişdi?
- Bütövlükdə, qorxulu heç nə yox idi. Biz sadəcə Premyer Liqanın sıradan bir oyununda məğlubiyyətlə üzləşdik.
 
- Sizin üçün bu, adi oyun idi?
Əlbəttə, yox. Belə prinsipial oyunda məğlub olmaq çox üzücüdü. Başımı qaldıra bilmirəm. Amma istənilən halda bu, sadəcə 3 xal itkisdi. Belə oyunla məğlubiyyətdən qaçmaq mümkünsüzdü.
 
- Bəs belə oyuna nə səbəb oldu?
- Əgər siz oyuna diqqətlə baxdınızsa, biz o qədər də pis oynamadıq. Ən azından bu hesabla uduzmağa layiq deyildik. Sadəcə, rəqib əlinə düşən bütün qol vəziyyətlərindən yararlandı. Bizim isə bu planda qətiyyən bəxtimiz gətirmədi.

- Kamran Ağayevin yoxluğu özünü göstərirdi?
- O, komandamızın əsas qapıçısıdı. Əlbəttə ki, bunun da öz payı oldu. Amma mən hər şeyi bununla əlaqələndirmək istəməzdim. Kamal Bayramov da pis qapıçı deyil.
 
- Artıq zirvədəki mövqeyiniz əvvəlki qədər möhkəm deyil. “Neftçi” və “İnter”i çox yaxına buraxdınız...
- Bu oyunu mümkün qədər tez unutmaq lazımdı. Əks halda bu, bizə heç nə qazandırmayacaq. “Xəzər Lənkəran” yenə liderdi və bunu mövsümün sonuna kimi davam etdirmək lazımdı. “Neftçi”yə qarşı isə daha iki oyunumuz olacaq.
 
- Artıq revanş hissi yaranıb?
- Şübhəsiz. “Neftçi”yə qarşı ilk oyunumun belə başa çatacağını gözləməzdim. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.