9 noyabr 2011 15:44
Albaniya – Azərbaycan matçı üçün əsl futbol havası
Albaniya və Azərbaycan yığmaları arasındakı yoldaşlıq oyunu əsl “futbol havası”nda oynanılacaq. Azerisport.az xəbər verir ki, sözügedən matçın keçiriləcəyi gün Albaniya paytaxtında yaxşı hava gözlənilir.
Belə ki, noyabrın 11-də Tiranada hava buludsuz olacaq, temperatur 12 dərəcə isti təşkil edəcək. Albaniya – Azərbaycan matçının “Qemal Stafa” stadionunda keçiriləcəyini də vurğulayaq.
