9 noyabr 2011 16:09
“Qəbələ üzərində qələbənin Abdullayevin gedişi ilə əlaqəsi yoxdu”
AZAL-ın polşalı hücumçusu Tales Şüts Premyer Liqanın 12-ci turunun “Qəbələ” ilə oyunundan (3:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Son oyununuzu necə dəyərləndirərdiz?
- “Qəbələ” ilə oyundan öncə komandada heç də yaxşı olmayan vəziyyət hökm sürməkdə idi. Uğursuz nəticələr azmış kimi, baş məşqçi dəyişikliyi də olmuşdu. Buna baxmayaraq, biz toparlandıq və göstərdik ki, yaxşı komandayıq. İstənilən rəqibi də məğlub edəcək gücdəyik.

- Siz də qol vura bildiyinizi göstərdiniz...
- Uşaqlar mənə iki qol vurmağa kömək etdilər. Həmin epizodlarda bütün komanda mənə oynayırdı. Mən də onların zəhmətini yerə vurmadım. Buna görə uşaqlara minnətdaram. Amma ən əsası odu ki, qələbə qazandıq.
- Bəs buna qədər komandada nə problem var idi ki?
- İndi yaxşısı budu bu haqda danışmayaq. Onsuz da hər şey geridə qalıb. Yaxşısı budu ondan danışaq ki, AZAL toparlanıb, əla oyun sərgilədi. Artıq komandaya inam qayıdıb.
- İndi yaxşısı budu bu haqda danışmayaq. Onsuz da hər şey geridə qalıb. Yaxşısı budu ondan danışaq ki, AZAL toparlanıb, əla oyun sərgilədi. Artıq komandaya inam qayıdıb.
- Bundan necə danışmayaq ki, komanda gah “Sumqayıt Şəhər”ə uduzur, gah da “Qəbələ”ni darmadağın edir?
- Mən bu iki oyuna eyni konteksdən yanaşmağın tərəfdarı deyiləm. Bütün oyunlar bir-birindən fərqlənir. “Qəbələ” ilə oyunda biz bacardığımızı 100 faiz meydanda nümayiş etdirə bildik.
- Mən bu iki oyuna eyni konteksdən yanaşmağın tərəfdarı deyiləm. Bütün oyunlar bir-birindən fərqlənir. “Qəbələ” ilə oyunda biz bacardığımızı 100 faiz meydanda nümayiş etdirə bildik.
- Bəlkə bu qələbə ilə Elxan Abdullayevin həqiqətən getməli olduğunu sübut etmək istəyirdiz?
- Xeyr. Bu, belə deyil. Düzgün fikir deyil. Qələbəmizin onunla bağlamazdım. Elxan Abdullayevin gedişinin bu qələbə ilə heç bir əlaqəsi yox idi.
- Artıq komandanızın ilk altılığa düşmək şansları elə də böyük deyil...
- Sizinlə razı deyiləm. Əgər qələbə qazanmağa davam etsək, əsas mərhələyə düşməyimizə heç kim mane ola bilməz.
- Rəhbərlik artıq bildirib ki, yeni baş məşqçi qış fasiləsindən sonra açıqlanacaq və həmin vaxtda kimi komandanı Rafiq Mirzəyev çalışdıracaq. Siz həmin postda kimi görmək istərdiniz?
- Bu, mənim səlahiyyətlərim daxilində olan məsələ deyil. Mənim işim oynamaq və qol vurmaqdı. Yeni baş məşqçinin kim olacağına isə rəhbərlik qərar verəcək.
- Bu, mənim səlahiyyətlərim daxilində olan məsələ deyil. Mənim işim oynamaq və qol vurmaqdı. Yeni baş məşqçinin kim olacağına isə rəhbərlik qərar verəcək.