9 noyabr 2011 00:35

Böyükağa Hacıyev: Flavinyo Azərbaycan millisinə kömək edə bilər

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 12-ci turunun “Xəzər Lənkəran”la oyunundan (5:0), turun nəticələrindən, eləcə də Flavinyodan danışıb.

- Yəqin ki, siz də “Xəzər Lənkəran” üzərində belə qələbə gözləmirdiz?
- Bəlkə də inanmayacaqsız, amma qələbə qazanacağımıza inanırdım. Oyuna iki həftə qalmışdan rəqibi analiz edirdik. Öz komandamın da gücünə bələdəm. Bilirəm ki, biz bundan da yaxşı oynaya bilərik. Son dövrlər “Xəzər Lənkəran” özünün heç də ən yaxşı oyununu göstərmirdi. Hər bir komandanın çətin dövrü olur. Mənə elə gəlir ki, cənubluların oyununda eniş hiss olunur. Biz onlarla oyunda öz imkanlarımızdan yararlandıq və böyük hesablı qələbəyə imza atdıq. Tərlan Əhmədovdan soruşun: 2:0-dan sonra ona dedim ki, uşaqlar beş qol vuracaqlar. Bunu hiss edirdim.

- Bəlkə, “Xəzər Lənkəran” “Böyük oyun”a hazırlaşa bilməmişdi?
- Mən cənubluların “Bakı” və “Kəpəz”lə oyununa baxmışdım. Bu komanda 90 dəqiqə müdafiə oluna bilmir. Onlar tez-tez hücumlar qururlar və müdafiələrində boşluqlar yaranır. “Xəzər Lənkəran” heç vaxt müdafiə olunmağı sevmir. Onlarla oyunumuzun taleyini isə futbolçularımızın sərgilədiyi əla futbol həll etdi. Flavinyo ilə Bahodir Nasimov göstərdilər ki, hətta liderə də qol vura bilərlər. Əgər futbolçularımız bu tempdə davam etsələr, istəyimizə nail ola bilərik.

- Sizcə, Kamran Ağayevin yoxluğu cənubluların çıxışına nə dərəcədə təsir etdi?
- O, ölkənin ən yaxşı qapıçılarından biridi. Kamran yığmada da bir nömrə hesab olunur. Amma meydanda bir nəfər hər şeyi həll etmir. O, komandasına çətin oyunlarda çox kömək edib.  Lakin hətta Ağayev də olsaydı, komandası məğlubiyyətdən qaça bilməyəcəkdi.

- Bu yaxınlarda Flavinyo bildirdi ki, Azərbaycan vətəndaşlığı almaq istəyir. Bu, komandanızın üzvünə yığmamızda da çıxış etmək imkanı yaradacaq...
- Bu haqda xəbərim var. Flavinyo Azərbaycanda ən yaxşı legionerlərdən biridi. Onun yaxşı qol duyumu var, meydanda sona kimi vuruşur. Fikrimcə, yığmada çıxış etsə, çox köməyi dəyəcək. Amma hələ Flavinyonun millimizdə çıxış edib-etməyəcəyini dəqiq bilmirəm.

- Belə danışırlar ki, guya “Neftçi” futbolçuları “Xəzər Lənkəran” üzərində qələbəyə görə ikiqat mükafat alacaq...
- Mən heç vaxt belə şeylərə qarışmamışam. Kimin nə qədər qazanması mənə maraqlı deyil. “Neftçi”nin prezidenti Sadıq Sadıqov həmişə futbolçuların əziyyətini lazımınca qiymətləndirir. Bu gün də komandanın uğurlarında onun payı böyükdü.
 
- Qorxmursuz ku, bu oyundan sonra futbolçularda arxayınlıq yaranar?
- Uşaqlar beş günlük istirahətə buraxılıblar. Noyabrın 12-də yenidən klubun bazasında bir araya gələcəyik. Yığma üzvləri isə ayın 15-dən sonra komandaya qoşulacaqlar. İlk günlərdə adi qaydada hazırlaşacağıq. Mən onları bu oyunu unutmağa məcbur edəcəm. Onu unudub, uğurlu seriyanı davam etdirmək haqda düşünmək lazımdı.
 
- Artıq “Xəzər Lənkəran”la aradakı xal fərqi birə endi...
- Liderlik hazırda mənə lazım deyil. Əsas odu ki, komanda may ayında birinci pillədə olsun. “Xəzər Lənkəran” üzərində qazanılan 5:0 hesablı qələbə o demək deyil ki, “Neftçi” çempion olacaq. Əlbəttə, belə qələbə bizi sevindirir. Amma biz seriyamızı davam etdirməliyik. Bizim hədəfimiz “Xəzər Lənkəran”ı udmaq yox, çempionluğu qazanmaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.