10 noyabr 2011 13:00
Qurban Qurbanov: Azərbaycan və Albaniya bərabərdirlər
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Albaniya və Azərbaycan milli yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu komandalar eyni səviyyəlidilər. Həmişə komandamızın uğurlu nəticə qazanacağına inanırıq. Hesab edirəm ki, milli komandanın oyunçuları nəticənin vacibliyini başa düşürlər. İstənilən qələbə həmişə azarkeşləri sevindirir və onlara inam verir. İstərdim ki, Azərbaycan Albaniyaya qalib gəlsin. Bu, 2011-ci ilin son görüşüdü. İli qələbə ilə başa vurmaq lazımdı”.
