10 noyabr 2011 13:50
Samir Abasov: Foqtsun əvəzedicisinə nə qədər tab gətirəcəyimiz hələ məlum deyil
“Sumqayıt Şəhər”in yarımmüdafiəçisi Samir Abasov futbol üzrə Albaniya və Azərbaycan milli yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini azerisport.az-ın müxbiri ilə bölüşüb.
- Bir neçə il qabaq heç-heçə (1:1) oynadığımız Albaniya millisi haqda nə deyə bilərsiniz?
- Albanların o vaxt hakimlikdən narazı olduğunu xatırlayıram. İkinci hissəyə çıxmamaqla hədələyirdilər. Heç bir komanda o görüşdə risk etmədi və nəticə oyuna görə oldu.
- Bəs indi Azərbaycan Albaniyanı məğlub edə biləcək vəziyyətdədir?
- Albaniya yığması elə də güclü komanda deyil. Onlarla oynamaq olar. Çox şey Azərbaycan yığmasının oyunundan asılı olacaq. Əlbəttə, nəzərə alsaq ki, səfərdə oynayacağıq, bəzi çətinliklərlə üzləşə bilərik. Buna baxmayaraq müsbət nəticəyə yaxşı imkanımız var.
- Yoldaşlıq oyununda qələbə nə dərəcədə vacibdir?
- Bu, yığmaya bir qədər özünə gəlməyə kömək edər. Azarkeşlərə gəlincə, düşünmürəm ki, onlara yoldaşlıq görüşünün nəticəsi çox vacibdir. Həta KİV buna xüsusi diqqət ayırmır.
- Bu oyun həmklubunuz, “Sumqayıt Şəhər”in qapıçısı Andrey Popoviçin yığmada debütü ola bilər?
- Mənə elə gəlir ki, Popoiviç Kamran Ağayevi layiqincə əvəz etməyə qadirdir. O, əla formadadır. Baxın, “Qarabağ”la oyunda necə oynayırdı... Andreyə ancaq həyəcan mane ola bilər.
- Necə düşünürsünüz, Berti Foqts üçüncü müddətə komandanın sükanı arxasında qalamalıdır?
- Əgər o getsə, çox şey dəyişəcək. Yeni məşqçi bir neçə aya güclü komanda yarada bilməyəcək. Nəzərə alsaq ki o, komandanı tanımır, onda... Foqts qalmalıdır - bu mənim fikrimdir. O, çox şey görüb, böyük təcrübəsi var. Belə məşqçi ilə işləmək futbolçularımızın ancaq xeyrinədir. Foqtsun potensial əvəzedicisinə nə qədər tab gətirəcəyimiz hələ məlum deyil.
- Bəs o, komandaya nə verə bilər?
- İndiki halda yığmada təcrübəli futbolçular azdır. Özünüz düşünün: onlar karyerasını başa vuranda nə olacaq? Buna görə Foqts kimi mütəxəssis lazımdır. Ona daha bir şans vermək lazımdır.
