10 noyabr 2011 13:42

FIFA rəsmiləri stadionlarımızı təftiş etməkdə davam edirlər

FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri ilə tanış olmaq üçün ölkəmizə gələn FİFA nümayəndə heyətinin səfəri davam edir. Azerisport.az xəbər verir ki, dünən – noyabrın 9-da FİFA rəsmiləri AFFA tərəfindən inşası davam etdirilən 8-ci kilometr və Bayıl qəsəbəsindəki stadionlara baxış keçiriblər.
 
Beynəlxalq futbol qurumunun nümayəndələri bu gün AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»ya gediblər. Qonaqlar səfər proqramı çərçivəsində həmçinin Bakıdakı bir sıra otellərlə tanış olublar.
 
Xatırladaq ki, tərkibinə Oliver Vogt (yarışların təşkili), Nerico Digues (inzibati işlər), Sonia Denouncourt (hakimlik), Kim Yew (marketinq), Alexandra Knoke (TV), Stefan Wistuba (HBS televiziyası), Monika Huser (media), Mathew Harding (otellərlə iş), Heike Ulrich (FIFA qadınlararası dünya çempionatı Almaniya 2011-in Yerli Təşkilat Komitəsinin üzvü), Kevan Pipe (Bilet satışı, Kanada Futbol Federasiyasının sabiq baş katibi), Dietmar Eufinger (arxitektura), Mayrilian Cruz Blanco (milli assosiasiyalar və inkişaf), Rolf Kaderli (İT menecer) və Oscar Orellananın (FIFA lisenziyalı konsaltinq şirkəti) daxil olduğu FİFA nümayəndə heyəti noyabrın 6-dan etibarən ölkəmizdə səfərdədir. FİFA rəsmilərinin səfəri noyabrın 12-də başa çatacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.