10 noyabr 2011 12:50
Albaniya-Azərbaycan oyunu televiziya ilə yayımlanacaq?
Futbol üzrə Albaniya və Azərbaycan milli yığma komandaları arasında keçiriləcək yoldaşlıq görüşü yerli telekanalların diqqətindən kənarda qala bilər. Azerisport.az xəbər verir ki, oyunun yayımlanması hüququna malik alman şirkəti "Ufa" Azərbaycan telekanallarına yayımı əldə etmək üçün 9000 avro təklif etsə də Bakıdan heç bir cavab almayıb.
Xatırladaq ki, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində son turda Türkiyəyə qarşı keçirilmiş oyun da televiziya vasitəsi ilə yayımlanmamışdı.
