10 noyabr 2011 14:20
Foqts Tiranada da mətbuat konfransına gəlmədi
Yığmamızın baş məşqçisi Berti Foqts sabah Albaniya və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq görüşü qabağı Tiranada keçirilmiş mətbuat konfransına qatılmayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan tərəfinə ünvanlanan sualları məşqçi Olaf Yansen cavablayıb.
Yansen həmçinin Foqtsun mətbuat konfransına qatılmaması ilə bağlı suala da aydınlıq gətirib: "Sırağagünkü məşq projektorlarla bağlı nasazlıqlar səbəbindən baş tutmadığından, bugünkü məşq çox vacibdi", deyə Yansen Foqtsun yoxluğunun səbəbini açıqlayıb.
Bu səbəbdən həmçinin milli yığma oyunçularının mətbuatla ənənəvi görüşü də baş tutmayıb.
