10 noyabr 2011 14:05
Yunanıstan klubunun prezidenti Albaniya - Azərbaycan oyununu izləyəcək
Yunanıstan klubu "PAS Giannina"nın prezidenti Giorqos Xristovasilis Albaniya - Azərbaycan oyununa buyuracaq. Azerisport.az xəbər verir ki, Xristovasilisin məqsədi albanlar Andi Lil və Emiliano Vilanın oyununu izləməkdi.
Yunan KİV-inə görə Xristovasilis həmçinin qış transfer mövsümündə komandasına cəlb etmək məqsədilə bir neçə alban oyunçunun da oyununu izləyəcək. Xatırladaq ki, görüş Noyabrın 11-də Tiranada "Qemal Stafa" stadionunda keçiriləcək.
