10 noyabr 2011 14:30
Şükürov Albaniyaya qarşı oynaya bilməyəcək
Mahir Şükürov millimizin "Qemal Stafa" stadionunda bu gün keçirilən məşqini buraxmalı olub. Azerisport.az xəbər verir ki, buna səbəb Şükürovun aldığı zədədi.
O, buna görə oteldə qalmalı olub. Mahir Şükürovun Albaniya ilə oyunda iştirakı da sual altındadı.
