10 noyabr 2011 14:52
AZAL-ın məşqçisinə 5 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 12-ci turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Premyer Liqanın 12-ci turunun “Rəvan”– “Simurq” matçının 56-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Ekrem Hodziç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 63-cü dəqiqəsində “Simurq”un futbolçusu Vasili Yanatovski kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
AZAL – “Qəbələ” matçının 34-cü dəqiqəsində AZAL-ın məşqçisi İlqar Hüseynov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.
