10 noyabr 2011 15:14
Rəvan – Simurq matçı ilə bağlı cəza yağmuru
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının 12-ci turunun oyunları ilə də bağlı qərarlar çıxarılıb:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 12-ci turunun “Rəvan” – “Simurq” matçının 28-ci dəqiqəsində “Simurq”un futbolçusu Təbriz Mütəllimov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Simurq”un futbolçusu Rəşad Eyyubov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub. Matçın 73-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Samir Mustafayev rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Kəpəz” – “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Vüsal İbrahimovla “Bakı”nın futbolçusu Mətin Əbilsoy bir-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanıb, klubları 1000 manat cərimə olunub.
AZAL – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Neftçi” – “Xəzər Lənkəran” matçının 83-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Cəmil Rəhimli kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Turan” – “İnter” matçının 13-cü dəqiqəsində “Turan”ın futbolçusu Zabit Səfərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
