10 noyabr 2011 15:31

AFFA-dan baş məşqçi ilə prezidentə 5 oyunluq cəza

Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun son turunun oyunları ilə də bağlı qərarlar çıxarılıb:
 
Azərbaycan birinci divizionunun 9-cu turunun “Neftçala” – “Şuşa” matçında “Şuşa”nın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
“Bakılı” – “Şahdağ” matçının 16-cı dəqiqəsində “Şahdağ”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edildikdən sonra “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev meydançaya daxil olaraq hakimlər briqadasını təhqir edib. Fasilə zamanı “Bakılı”nın prezidenti Misir Əbilov dəhlizdə “Şahdağ”ın futbolçularını təhqir etməyə başlayıb və bu hadisə hər iki klubun futbolçularının bir-birinə qarşı aqressiv hərəkətləri və nalayiq ifadələri ilə nəticələnib. Matçın baş hakimi isə öz səlahiyyətlərini aşaraq matçın II hissəsini keçirməkdən boyun qaçırıb.
 
Yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı qərarlar qəbul olunub:
 
1. “Şahdağ”ın baş məşqçisi Kamran Əlibalayev 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
2. “Bakılı”nın prezidenti Misir Əbilov 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
 
3. Birinci divizionunun 9-cu turunun “Bakılı” – “Şahdağ” matçı PFL-in təyin etdiyi vaxtda yenidən oynanılsın.
 
Hakimlər Komitəsi oyunun hakimlər briqadası haqqında ciddi ölçü götürərək İntizam Komitəsinə yazılı məlumat versin.
 
Hakim-İnspektorlar Komitəsi oyunun hakim-inspektoru haqqında ciddi ölçü götürüb İntizam Komitəsinə yazılı məlumat versin.
 
“Energetik” – “Lokomotiv” matçının 75-ci dəqiqəsində “Lokomotiv”in baş məşqçisi İbrahim Uzunca texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
 
“Qaradağ Lökbatan” – “Muğan” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 68-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Novruz Ələkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.