10 noyabr 2011 16:08
Admir Teli: Azərbaycan millisini məğlub etməliyik ki....
"Qarabağ"ın və Albaniya millisinin müdafiəçisi Admir Teli Azərbaycanla yoldaşlıq görüşü haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Teli həmçinin noyabrın 15-də Makedoniya ilə keçiriləcək oyuna da toxunub.
"Biz mütləq bu iki oyunda qələbə qazanmalıyıq. Bizə AÇ-2012-nin seçmə mərhələsindəki uğursuzluğu arxada qoymaq gərəkdi. Millinin xüsusilə son oyunları pərişanlıq gətirdi. Buna görə Azərbaycan və Makdoniyanı məğlub edərək azarkeşlərimizin milliyə etmadını qaytarmalıyıq. Qarşıdakı iki oyun milli komandamıza taktiki planda hazırlıq baxımından kömək olmaqla, yığmadakı adlara da aydınlıq gətirəcək. Onların tapşırığı sələflərini layiqli əvəz edəcəklərini sübuta yetirməkdi. Veteran Ervin Skelya, Andi Lili əvəz etmək çox çətin olacaq. Ancaq inanıram ki, hər şey yaxşı olacaq”.
O, baş məşqçinin yoxluğu barədə bunları dilə gətirib: “Mustedanaqiç yaxşı məşqçidi. O, komandanı tanıyır. Bir il qabaq onun rəhbərliyi altında oynamışıq (o zaman baş məşqçi Yosip Kuj insult keçirmiş və bosniyalı Cemal Mustedanaqiç müvəqqəti olaraq onu əvəzləmişdi). Mustedanaqiç bizi Belorus və Bosniyavə Herseqovina ilə oyunlara da çıxarmışdı”.
Ağdam klubunun üzvü hazırkı durumuna da toxunub: “Özümün fiziki vəziyyətimə gəlincə əminliklə deyə bilərəm ki, fiziki vəziyyətim çox yaxşıdı. "Qarabağ"ın heyətində mütamadi olaraq çempionat oyunların çıxıram".
