10 noyabr 2011 16:18

Tunc Afşar başqa ölkələrdən təklif alıb

"Bakı” futbol klubunun beynəlxalq əlaqələr üzrə müşaviri, “Bakı” voleybol klubunun icraçı direktoru, tanınmış menecer Tunc Afşar karyerasını Azərbaycandan kənarda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Tayland və Tunis Futbol Federasiyaları “Bakı” rəsmisinə təklif göndərib.
 
Ayrı-ayrılıqda gələn təkliflərdə, Tunc bəyə federasiyalarda milli komandalar üzrə, eləcə də uşaq futbolunun koordinatoru vəzifəsi təklif olunub. Təklifi qəbul edəcəyi təqdirdə, voleybol üzrə Azərbaycan millisinin üzvü Natəvan Qasımova-Afşarın həyat yoldaşı olan Tunc bəy, adları çəkilən federasiyaların ən səlahiyyətli şəxslərindən biri olacaq.
 
Hazırda şəxsi işləri ilə bağlı İstanbulda olan Tunc Afşar təklif aldığını təsdiq edib: “Bəli, bir neçə təklif gəlib. Söhbət yalnız Tayland və Tunis Futbol Federasiyalarından deyil, başqa təkliflərdən də gedir. Təkliflər sırasında Şərqi Avropanın bir neçə futbol klubu və adlarını çəkmək istəmədiyim voleybol federasiyaları da var. Düzünü desəm, təkliflərdən bəzisi fantastik şərtlərlə olsa da, düşünmək üçün vaxt istəmişəm. Karyeramı başqa ölkədə davam etdirmək üçün ailə vəziyyətimi də nəzərə almağa məcburam. Natəvan xanım isə vətənimizdən ayrılmaq istəmir. Açığı, elə mən də fərqli düşünmürəm. Azərbaycan mənim üçün doğmadı. Burada işbirliyi qurduğum şəxslər çox dəyərli insanlardı. Onları qoyub getmək, hörmətsizlik olar. Hər şeyə rəğmən, tələsik qərar vermək istəmirəm”.
 
Sonda onu da nəzərinizə çatdıraq ki, Tunc Afşar Türkiyə Futbol Federasiyası başqanı Mehmet Ali Aydınların da şəxsi müşaviridi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.