10 noyabr 2011 17:11
Qarabağın istirahəti başa çatdı
“Qarabağ” artıq məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, “Sumqayıt Şəhər”lə oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov milli oyunlar səbəbindən yaranmış fasiləylə əlaqədar olaraq futbolçulara 3 günlük icazə vermişdi.
Dünən bir araya gələn futbolçular günün yeganə məşqinə çıxıb. Sabah baş tutacaq Albaniya - Azərbaycan oyununa ümumilikdə 6 futbolçu göndərən komanda (Admir Teli, Ansi Aqolli - Albaniya, Rəşad Sadiqov, Əfran İsmayılov, Rauf Əliyev, Vüqar Nadirov – Azərbaycan ) eyni zamanda zədə səbəbindən millinin düşərgəsinə yollanmayan Rəşad Sadıqovsuz çalışır. Yaranmış fasilədən yararlanaraq vətənlərinə yollanan digər legionerlər isə dünən Bakıya qayıdıblar və bu gündən məşqə çıxırlar.
Xatırladaq ki, “Qarabağ” günün yeganə məşqini Suraxanı qəsəbə stadionunda keçəcək.
