10 noyabr 2011 17:31
Bakı da yoldaşlıq oyunu keçirdəcək
“Bakı” ölkə çempionatında yaranmış fasilədən yararlanmaq məqsədi ilə noyabr ayının 12-də klubun əvəzedici heyəti ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, klubun təlim-məşq bazasında baş tutacaq oyun saat 14:00-da başlayacaq.
Qeyd edək ki, 20 noyabr tarixində Premyer Liqanın 13-cü turunda “Turan”la qarşılaşacaq komanda oyunun hazırlıqlarını klubun-təlim məşq bazasında gün ərzində keçirdiyi iki məşqlə davam etdirir.
