10 noyabr 2011 17:41
Rəşad Abdullayev: 4 oyunluq diskvalifikasiya həddən artıq çoxdu
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev AFFA İntizam Komitəsi tərəfindən dörd oyunluq cəzalandırılmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hesab edirəm ki, dörd oyunluq diskvalifikasiya çoxdu. Amma İK belə qərar qəbul edibsə, ona hörmətlə yanaşıram. Şəxsən mən düşünürdüm ki, əgər cəza verilsə, bu, iki oyunluq olar. Yenə deyirəm ki, mən həmin epizodda rəqibi qəsdən vurmaq istəməmişəm. Artıq 15 ildi futboldayam və heç vaxt elə hərəkətə yol verməmişəm. Sadəcə, bəzi telekanallar bunu böyütdülər. Halbuki, məni tanıyan insanlar da bilir ki, elə şeyləri xoşlamıram. Bu, bir bəhanəydi. Görünür, kimlərsə oynamağımı istəmirmiş”.

Abdullayev onu da bildirib ki, “Neftçi” bu qərarın yüngülləşdirilməsinə də çalışa bilər: “Mümkündü ki, klub bununla bağlı AFFA-ya müraciət etsin. Çünki 4 oyun həddən artıq çoxdu. Mənim nə Şəhriyar Xəlilovla, nə onun klubuyla problemim var. Mən özüm təcrübəli futbolçuyam və başqalarının elə hərəkətini həmişə pisləmişəm”.