10 noyabr 2011 18:01

Olaf Yansen: Berti Foqts öncə AFFA, sonra digərləriylə danışacaq

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun köməkçisi olan Olaf Yansen sabah keçiriləcək Albaniya – Azərbaycan matçı öncəsi mətbuat konfransı keçirib. Azerisport.az almaniyalı mütəxəssisin açıqlamaları ilə sizi də tanış edir.
 
- Çox şadıq ki, mövsümün sonunda belə rəqib tapmışıq. Albaniya adətən öz meydanında yaxşı çıxış edən komandadı. Bizi çətin oyun gözləyir. Rəqibin xüsusilə hücum potensialını qeyd etmək istərdim. Onların heyətində Avropanın güclü çempionatlarında çıxış edən futbolçular var. Məsələn, İtaliya, Almaniya, Rumıniya kimi ölkə birinciliklərində. Bir sözlə, alban futbolçuların əksəri əcnəbi klublarda top qovurlar. Bizim əsas hədəfimiz rəqibə qol vurmağa imkan verməməkdən ibarət olacaq.
 
- Belə çıxır ki, komandamız bu oyunda da müdafiə futbolu oynayacaq?
- Biz onların güclü tərəflərini öyrənməliyik. Onlara hücum qurmağa imkan verməməliyik. Amma bu, o demək deyil ki, 90 dəqiqə boyunca müdafiə olunacağıq. Topu qazanan kimi hücum qurmağa çalışacağıq. Rəqibin zəif yeri müdafiəsidi ki, bundan da yararlanmaq lazımdı.
 
- Sabahkı oyunda nəticə bizim üçün nə dərəcədə önəmlidi?
- Biz bura elə-belə gəlməmişik. Yığmanın hər oyununda nəticə çox vacibdi. Hətta bu, seçmə mərhələ oyunu olmasa da. Bu oyunun ilin son matçı olduğunu da unutmamalıyıq. Onu uğurla başa varmaq istəyirik.

- “Xəzər Lənkəran” rəhbərliyi iddia edir ki, Kamran Ağayevin heç bir zədəsi yoxdu. Onda onu niyə heyətdən uzaqlaşdırdınız?
- Azərbaycan yığmasının həkimi çox təcrübəli və tanınmış adamdı. Onu dərhal yoxladılar. İlk məşqdə o, sadəcə qaçdı. Hətta yüngül qaçış da ona ağır gəlirdi. Onu yenə yoxladılar. Belə zədəylə futbolçu nəinki oynaya, məşq də edə bilməzdi. Bu üzdən də onu geri qaytarmağa qərar verdik. Yeri gəlmişkən, bundan hamının, elə Mirça Rednikin də xəbəri var.

- Andrey Popoviç yığmada oynamağa hazırdı?
- Ona bu gün qərar verəcəyik. Uli Ştaynın fikri önəmli olacaq. Andrey Popoviçlə Aqil Məmmədov yığmada yeni deyillər. Qapıda kim dursa, inanıram ki, əlindən gələni edəcək.

- Ötən mövsümün ən yaxşı futbolçusu seçilən Flavinyo Azərbaycan vətəndaşlığı almağa hazırlaşır. Onu yığmaya çağıracaqsız?
- Əgər Flavinyo Azərbaycan pasportu alsa və indi oynadığı kimi davam etsə, şübhəsiz ki, milliyə dəvət alacaq.
 
- Berti Foqtsun AFFA ilə müqaviləsinin müddəti başa çatır. Siz ona yaxın adam kimi, yəqin nə düşündüyünü bilməmiş olmazsız...
- Bizi qarşıda Albaniya yığması və Almaniya klubu ilə vəyoldaşlıq oyunu gözləyir. Odu ki, ancaq həmin oyunlar haqda düşünürük. Müqaviləyə gəlincə, bu oyunlardan sonra AFFA rəhbərliyi ilə görüşüb hər şey haqda danışacağıq. Bir neçə həftədən sonra komandanın çıxışı ilə bağlı hesabat verməliyik. Elə həmin görüşdə də hər şeyə aydınlıq gəlməlidi.

- Artıq Almaniya mətbuatı Foqtsa çoxlu təkliflərin olduğunu yazır...
- Doğrudan da ona müxtəlif ölkələrdən maraq var. Bu, normaldı. Çünki hansısa məşqçinin müqaviləsinin vaxtı sona yaxınlaşırsa, onunla başqaları da maraqlanır. İnformasiyaların bəzisi doğrudu. Amma Foqts düzgün adamdı. O, öncə AFFA ilə danışacaq, sonra lazım gələrsə, digər təkliflərə baxacaq.
 
- Əgər AFFA onu saxlamaq istəsə və Türkiyə Futbol Federasiyası da təklif göndərsə, qərarı necə olacaq?
- Bu sual artıq mənə verilməməlidi (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.