10 noyabr 2011 18:14
FİFA rəsmisi BDU-nun tələbələrinə DÇ-dən danışdı (FOTO)
Bu gün Bakı Dövlət Universitetində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı məqsədilə tələbələrlə görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüşdə dünya çempionatının Yerli Təşkilat Komitəsinin üzvləri, həmçinin FİFA-nın Media ilə Əlaqələr üzrə meneceri Monika Huser iştirak ediblər. BDU-nun tələbələrinə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
