10 noyabr 2011 11:05

Ervin Bulku: Albaniya Azərbaycan yığmasından güclüdü

AZAL-ın və Albaniya millisinin yarımmüdafiəçisi Ervin Bulku yığmamızla yoldaşlıq görüşü ərəfəsində azerisrort.az müxbirinin suallarını cavablayıb.
 
- Azərbaycan çempionatında çıxışınızı nəzərə alsaq, bu görüşün sizin üçün  xüsusi əhəmiyyəti olacaq?
- Nəinki mənim, həmçinin Admir Teli və Ansi Aqoli üçün. Azərbaycanda çıxış edən futbolçular üçün bu, sadəcə yoxlama oyunu deyil. Klub rəqiblərimizə qarşı milli yığmalar səviyyəsində oynamaq xoşdur.
 
- Oyunun nəticəsi sizing üçün nə dərəcədə vacibdir?
- Statusundan asılı olmayaraq yığmanın oyunlarının nəticəsi həmişə vacibdir. Baxmayaraq ki, Azərbaycana - bizəyad olmayan ölkənin yığmasına qarşı oynayacağıq, qələbə üçün mümkün hər şeyi edəcəyik.
 
- Məşqçi heyətinə Azərbaycan yığması haqda danışmısınız?
-  Görüşün rəsmi xarakter daşımadığını nəzərə alsaq, əsas bizim komandanın nə edəcəyidir. Belə isə müəyyən informasiya vermişik. Düşünmürəm ki bu, sizing oyunçulara mane olsun. Əminəm ki, görüş dostluq şəraitində keçəcək.
 
- Albanlar Azərbaycan futbolu haqda hansı fikirdədir?
- Fikir premier-liqada çıxış edən oyunçuların sözlərindən formalaşır. Biz isə öz növbəmizdə pis heç nə demərik (gülür). Albanlar Azərbaycanda futbolun inkişafda olduğunu, yeni bazaların və stadionların tikildiyini bilirlər.
 
- Bəs müqayisə etsək?
- Son mərhələdə sizing yeddi xala qarşı biz on doqquz xal yığdıq. Səhv etmirəmsə bu, sizing ən yaxşı göstəricidir. Özünüz nəticə çıxarın.
 
- Klublarsəviyyəsində necə?
- Burda üstünlük artıq sizin tərəfdədir. Azərbaycanda yaxşı maliyyə şərtləri var. Ona görə də legionerlərin keyfiyyəti ümumiyyətlə qeyri-mütənasibdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.