10 noyabr 2011 00:06
Yığmamız Gürcüstanla dueldən sülhlə ayrıldı
Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın heyətində Kamran Nəcəfzadə fərqlənib.
