10 noyabr 2011 11:52
Tirana stadionunda projektorla bağlı nasazlıq
Albaniya və Azərbaycan yığmaları arasında sabah planlaşdırılmış yoxlama görüşünün keçiriləcəyi paytaxt Tirananın “Qemal Stafa” stadionunda projektorla bağlı problemlər yaranıb. Azerisport.az xəbər verir ki, səhər tezdən bu fəsadın aradan qaldırılması istiqamətində işlər gedir və güman ki, bütün nasazlıqlar aradan qaldırılacaq.
Xatırladaq ki, oyun yerli vaxtla 18:00-a (Bakı vaxtı ilə 21:00) təyin edilib. Tiranada qaranlıq isə saat 17:00-da düşəcək.
