10 noyabr 2011 12:00
Neftçi Rəşad Abdullayevi cəzalandırdı
“Neftçi” toplantı keçirib. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda ölkə çempinatının 12-ci turunda “Xəzər-Lənkəran”la görüşdə baş vermiş hadisələrə toxunulub.
Toplantının gedişində klubun daxili nizam-intizam kodeksini pozduğuna görə komandanın yarımmüdafiəçisi Rəşad Abdullayevin cəzalandırılması ilə bağlı qərar qəbul edilib.
“Mən klubun qərarına hörmətlə yanaşıram. “Xəzər-Lənkəran”la oyunda baş verənlərə təəssüf edirəm. Oxşar halların təkrarlanmamasına çalışacam”, deyə Abdullayev qərara münasibətini bildirib.
Xatırladaq ki, Rəşad Abdullayev oyunun gedişində oyun epizodların birində “Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Şəhriyar Xəlilovu vurmuşdu.
