10 noyabr 2011 12:25
Frants Veliu: Albaniya Azərbaycana qalib gələcək
Futbol üzrə Albaniya milli yığma komandasının müdafiəçisi Frants Veliu millimizə qarşı keçiriləcək yoxlama oyunu ilə bağlı fikrini bölüşüb.
"Oyun günü ad günümü qeyd edəcəyəm və buna görə bu gün Azərbaycana qarşı meydana çıxmaq xoş olardı. Qarşıdakı oyunun yoldaşlıq görüşü olmasına baxmayaraq, öz komandama yalnız qələbə arzulayıram. Əminəm ki, Albaniya qalib gələcək", deyə Veliu bildirib.
