11 noyabr 2011 01:16
Braziliya sınaq matçında qələbə qazandı (VİDEO)
Ötən gün futbol üzrə Braziliya yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, pentakampeonların rəqibi Qabon millisi olub.
Librevil şəhərində baş tutan görüş gözlənildiyi kimi braziliyalıların qələbəsi ilə başa çatıb – 2:0. Qolları 12-ci dəqiqədə Sandro, 35-ci dəqiqədə isə Abel Ernanes vurub.
