11 noyabr 2011 13:27
Elvin Beqiri: Millimiz Azərbaycanı 2:1 hesabıyla yenəcək
“Xəzər Lənkəran”ın albaniyalı müdafiəçisi Elvin Beqiri bu gün keçiriləcək Albaniya – Azərbaycan matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Albaniya – Azərbaycan matçından nə gözləyirsiz?
- Hər iki komanda yaxşı futbol sərgiləyir. Son dövrlər Albaniya millisi daha inamlı futbol göstərməyə başlayıb. Azərbaycanı da qeyd edərdim. Komandanız çox dəyişib. Yeni futbolçular daha yaxşı oynayırlar. Hər iki komandaya çətin olacaq. Kimdənsə asan qələbə gözləmək mümkünsüzdü. Albaniya ancaq qələbəyə oynayacaq. Çünki matç doğma divarlar arasında olacaq. Sizin futbolçular isə hər şeyə hazır olmalıdılar.
- Albaniya yığması barədə daha nələri qeyd edə bilərsiz?
- Komandaya gənc futbolçular da çağırılıb. Yəqin ki, Azərbaycana qarşı onlardan da hansılarsa oynayacaq. Onlar yaşlarına baxmayaraq, Rumıniya, İtaliya, Almaniya kimi ölkələrdə top qovurlar. Bu görüş yoxlama xarakteri daşıyır. Hər halda məşqçilər korpusu heyətdəki ən güclüləri üzə çıxarmağa çalışacaqlar.
- Sizcə, bu oyunda favorit kimdi?
- Azərbaycan son iki oyunda uduzsa da, yaxşı təsir bağışladı. Mən o oyunlarda futbolçularınızı iş başında görmüşəm və nə dediyimi yaxşı bilirəm. Sadəcə, bəzi oyunçularda inam çatışmır. Komandanız daha çox müdafiədə oynayır və rəqibin səhvlərini gözləyir. Amma hücum etməkdən qorxursuz. Hər halda bu, mənim fikrimdi.

- Albaniya millisində kimi xüsusi qeyd edərdiniz?
- Əsas qapıçı Samir Uykani İtaliyanın “Novara” klubunda çıxış etsə də, zədə səbəbindən bu oyunu buraxacaq. Hücumçu Erion Boqdani yaxşıdı. O da İtaliyanın “Cesena” klubunda top qovur. Azərbaycanın yaxşı müdafiəsi olsa da, komandamız belə çətin komandalara qol vurmağı bacarır. Sizi qolsuz qoymarıq. Albaniya evdə qələbə qazanmağa borcludu.

- Yerli publika tərəfindən bu oyuna maraq varmı?
- Albaniyadakı dostlarımla danışmışam və deyirlər ki, bu oyuna maraq var. Amma əlbəttə ki, anşlaq olmayacaq. Fikrimcə, stadiona yığmanın ən sadiq azarkeşləri gələcək.
- Albaniyadakı dostlarımla danışmışam və deyirlər ki, bu oyuna maraq var. Amma əlbəttə ki, anşlaq olmayacaq. Fikrimcə, stadiona yığmanın ən sadiq azarkeşləri gələcək.
- Sizin bu oyun üçün proqnozunuz necədi?
- Albaniya mənim doğma vətənimdi. Buna görə də şübhəsiz ki, ölkəmin komandasına azarkeşlik edəcəm. İstərdim ki, Albaniya qələbə qazansın. Amma təbii ki, bu, asan olmayacaq. Mənim proqnozun 2:1 Albaniyanın xeyrinə.