11 noyabr 2011 22:57
Yığmamız Albaniyanı səfərdə yendi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan yığması 2011-ci ildə son oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız səfərdə Albaniya yığmasının qonağı olub.
Düzdü, komandamız bundan bir neçə gün sonra Almaniyada daha bir oyuna çıxacaq. Amma FİFA-nın təqvimində rəsmi oyun günü olan 15 noyabr tarixində Almaniyanın “FC Union Berlin” komandası ilə baş tutacaq qarşılaşma rəsmi oyun kimi qeydə alınmadığından, bu, statistikalarda da əksini tapmayacaq.
Qeyd edək ki, Millimiz bundan öncə albanlarla 4 dəfə üz-üzə gəlsə də, heç vaxt qələbə qazana bilməmişdi. Cəmi 1 dəfə heç-heçə etdiyimiz halda, qalan 3 matçda qələbəni Albaniya bayram etmişdi. Amma futbolçularımız bu uğursuz seriyaya məhz Tiranada son qoyublar və minimal hesablı qələbəyə seviniblər.
Yoldaşlıq oyunu
11 noyabr
ALBANİYA - AZƏRBAYCAN - 0:1 (0:1)
Qol: R.Əliyev, 22.
Tirana. “Qemal Stafa” stadionu.
ALBANİYA: İsli Hidi, Armend Dalku, Admir Teli, Ansi Aqolli, Andi Lilya, Odise Roşi, Lorik Cana, Elik Bakay, Yahmir Xyuka, Hamdi Salihi, Erion Boqdani.
Ehtiyat oyunçular: Orqes Şehi, Frants Veliyu, Edmond Kapllani, Emilian Vila, Ahmed Yanuzi, Gilman Lika, Georgi Muzaka.
Baş məşqçi əvəzi: Cemal Mustedanaqiç.
AZƏRBAYCAN: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 13. Vurğun Hüseynov, 20. Ufuk Budak, 21. Vladimir Levin, 8. Aleksandr Çertoqanov, 15. Ruslan Abışov (k), 6. Rəşad Sadiqov, 17. Vüqar Nadirov, 10. Branimir Subaşiç, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: Aqil Məmmədov, Elnur Allahverdiyev, Murad Hüseynov, Elşən Məmmədov, Rahid Əmirquliyev, Əfran İsmayılov, Nizami Hacıyev, Arif İsayev.
Baş məşqçi: Berti Foqts.
Oyun başladı. Yığmamıza uğurlar arzulayırıq!
3. Matçın ilk dəqiqələrindən oyuna nəzarət futbolçularımızın əlindədi
7. Popoviç az qala müdafiəçiləriin geriyə ötürməsini qəbul edərkən səhvə yol verəcəkdi. Amma hər şey millimiz üçün yaxşı qurtarır
10. Albanlar artıq oyuna nəzarəti ələ almağa çalışırlar
13. Rauf Əliyev sağ cinahdan əla hücum təşkil etsə də, komandamıza sadəcə korner qazandıır
13. Künc zərbəsini uğursuz yerinə yetiririk
20. Tərəflər təhlükəli hücumlar qurmaqda çətinlik çəkir
22. Qoooooooooooool... Rəşad Sadiqovdan əla ötürmə alan Rauf dəqiq zərbəylə hesabı açır - 0:1
25. Vüqar Nadirovun cərimə zərbəsindən rəqib qapısı qarşısına ötürməsini müdafiəçilər kornerə çıxarırlar
26. Kornerdən isə heç nə alınmır
29. Popoviç meydan sahiblərinin hücumu zamanı topa sahib çıxır
30. Elik Bakayın cərimə zərbəsi qapıdan azca aralı keçir
33. Vüqar Nadirov da cərimə zərbəsini qeyri-dəqiq yerinə yetirir
34. Albanların korner vuruşu zamanı Popoviç topu tutur
35. Elik Bakayın zərbəsi qapının üstündən keçir
41. Meydan sahiblərinin daha bir hücumunun qolla tamamlanmasına Popoviç mane olur
42. Salihinin zərbəsini yenə Popoviç tutur
45. Komandamızın kornerdən fərqlənmək istəyi alınmır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. İkinci hissə başlayan kimi albanlar az qala hesabı açacaqdılar. Onların ilk cəhdi uğursuz alındısa, sonrakı cəhdləri zamanı Popoviç əla reaksiya nümayiş etdirir
50. Fasilədən sonra meydan sahibləri daha inamlı oyun sərgiləyirlər
51. Albanların çox təhlükəli hücumu zamanı Ruslan Abışov topu az qala boş qapıdan çıxarmış olur
54. Rail Məlikovun əvəzində meydana Elnur Allahverdiyev daxil olur
60. Albanlar təzyiqi artırıblar. Onların xüsusilə cinahlardan qurulan hücumları çox təhlükəli alınsa da, futbolçularımız inamla müdafiə olunurlar
61. Meydan sahiblərinin yerinə yetirdiyi korner zamanı Lorik Cananın baş zərbəsini Levin boş qapıdan çıxarır
63. Vüqar Nadirovun əvəzində meydana Nizami Hacıyev daxil olur
70. Bu dəqiqələrdə meydanda çox sönük oyun gedir
71. Albanların heyətində Erik Bakayı Yanuzi əvəzləyir
73. Subaşiçin əvəzində meydana Elşən Məmmədov çıxır
77. Salininin çox təhlükəli nöqtədən cərimə zərbəsi qapıdan aralı keçir
78. Salihi meydanı tərk edir və onun əvəzində meydana Vila daxil olur
79. Rahid Əmirquliyev Çertoqanovun əvəzində meydana çıxır
85. Son dəqiqələr yenə sönük keçməyə başlayıb
85. Xyukanın qapıya zərbəsini Popoviç tutur
86. Meydan sahiblərinin təhlükəli hücumu zamanı hər şey bizim üçün yaxşı qurtarır
88. Kaplaninin uzaqdan zərbəsi qapı dirəyinə dəyib meydanı tərk edir
90. Albanların daha bir təhlükəli hücumu zamanı bəxtimiz gətirir
90+1. Meydan sahiblərinin kornerdən fərqlənmək istəyi alınmır
Matç başa çatdı
