11 noyabr 2011 14:44
Sadiqov, Subaşiç və Levin Bakıya qaytarılır
Futbol üzrə Azərbaycan yığmasının üç üzvü bu gün keçiriləcək Albaniya ilə yoldaşlıq oyunundan sonra Bakıya qayıdacaq. Azerisport.az xəbər verir ki, bunlar “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov, “Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç və “İnter”in müdafiəçisi Vladimir Levindi.
Məlum olduğu kimi, bu gün Tiranada keçiriləcək Albaniya – Azərbaycan matçından sonra yığmamız Almaniyaya təlim-məşq toplanışına yollanacaq. Orda Berti Foqts yetirmələrini yerli “Union Berlin” klubuyla görüşdə sınamaq niyyətindədi.
Lakin yuxarıda adları göstərilən futbolçular nə həmin görüşün, nə də Almaniyadakı toplanışın iştirakçısı ola biləcək. Buna səbəb kimi isə, onların əvəzində yığmaya gənc oyunçuların dəvət alması göstəlir. Amma hələlik Sadiqov, Subaşiç və Levini kimin əvəzləyəcəkləri dəqiq bilinmir.
