11 noyabr 2011 16:00

“Azərbaycan üzərində qələbə qazanmaq üçün əla imkan var”

Bu gün doğma meydanda Azərbaycan yığmasını qəbul edəcək Albaniya millisinin baş məşqçi səlahiyyətlərini yerinə yetirə Cemal Mustedanaqiç oyun öncəsi mətbuatı konfransı keçirib. Azerisport.az onun maraqlı fikirləri ilə sizi də tanış edir.
 
“Azərbaycanlı futbolçularla qarşıdakı görüş bizim üçün heç də adi deyil. Buna baxmayaraq, biz bütün oyun boyu hücuma atılmalı olacağıq. Yaxşı oyun göstərmək istəyirik. Bu, bizim hədəfimizdi” – deyə Mustedanaqiç sözə başlayıb.
 
Daha sonra o, bunları dilə gətirib: “Onsuz da bizim stilimiz elədi ki, yaxşı hücum etdiyimiz halda, müdafiədə eyni dərəcədə uğurlu ola bilmirik. İstəmirəm ki, komandamız müdafiədə otursun. Sizi əmin edirəm ki, komandamızın qələbə qazanmaq üçün əla imkanı var. Azərbaycanla oyunda layiqli futbol sərgiləyib, istədiyimiz nəticəni qazanacağıq”.
 
O, yığmamızla oyun öncəsi üzləşdikləri itkilərdən də danışıb: “Bu oyunu zədə səbəbindən Debatik Çurri, Ervin Bulku və Samir Uykani buraxmalı olacaq. Bu üzdən də mən Lorik Cananı yarımmüdafiədə oynatmalı olacam. Amma unutmaq olmaz ki, bu, xal uğrunda oyun yox, sadəcə sınaq görüşüdü”.
 
O, sonda azarkeş dəstəyinə ehtiyaclarının olduğunu da bildirib: “Ümid edirəm ki, azarkeşlər bizi dəstəkləməyə gələcəklər. AÇ-2012-nin seçmə mərhələsində biz qələbə qazanmalı olduğumuz oyunlarda xal itkisi ilə üzləşdik. Bu üzdən onların bizə olan inamı bir qədər azalıb. Amma mən istənilən hada fanatlarımızı stadiona çağırıram. Onlar öz dəstəyi ilə Albaniya yığmasına kömək edə bilərlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.