11 noyabr 2011 15:44
AZAL-la Rəvan yoxlama oyunu keçirəcək
Çempionatda yaranmış qısa fasilədən səmərəli yararlanmaq üçün “Rəvan” sabah saat 15:00-da AZAL klubu ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, matça hazırlığı “Dalğa Arena”da keçirən komandanın heyətində heç bir zədəli oyunçu yoxdu.
Lakin baş məşqçi açıqlamasında bu oyunda əsas məqsədin ilk “11-liy”ə düşə bilməyən futbolçuların yoxlanılması olduğunu bildirib. Matç Şüvəlan qəsəbəsində yerləşən “AZAL Arena” stadionunda keçiriləcək.
