11 noyabr 2011 15:54
Azərbaycanın oyunu italiyalı hakimlərə tapşırıldı
Bu gün Albaniya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu italiyalı hakimlər idarə edəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşmanın baş hakimi Paolo Silvio Matsolenidi. Onun köməkçiləri isə Elenito Di Liberatore və Mauro Tonolini olacaq. Ehtiyat hakim isə albaniyalı olacaq ki, onun adı açıqlanmayıb.
Qeyd edək ki, Albaniya və Azərbaycan milli komandaları arasındakı yoldaşlıq oyunu Bakı vaxtı ilə saat 21:00-da, Tirana şəhərindəki “Qemal Stafa” stadionunda keçiriləcək.
