11 noyabr 2011 16:12
Yaponiya və KXDR yığmaları Azərbaycana gələcək
Gələn il Azərbaycanda keçiriləcək futbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatının iştirakçılarından ikisinin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, meydan sahibi kimi mundiala qatılacaq Azərbaycan yığmasının ardından ilk iki vəsiqə Yaponiya və Koreya Xalq Demokratik Respublikasının millilərinə nəsib olub.
Qalan vəsiqələrin sahibləri isə hələ bundan sonra müəyyənləşəcək.
