11 noyabr 2011 18:34
Yığmamız Albaniyaya məğlub olacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Albaniya və Azərbaycan yığmaları arasındakı yoldaşlıq oyunu necə bitəcək” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Beləliklə, oxucularımızın 42 faizi (120 səs) sözügedən matçda Albaniyanın qələbə qazanacağını düşünür. Azərbaycan millisinin qələbə qazanmaq şansının yüksək olduğunu düşünənlər isə 39 faiz (109 səs) təşkil edir.
Yerdə qalan 19 faiz (53 səs) də qarşılaşmanın heç-heçə bitəcəyinə proqnoz verib.
